"Dinamo"nun baş məşqçisi: "Mahir Emreliyə başqa təkliflər var"

11:34 - 30 May 2024

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun baş məşqçisi Sergey Yakiroviç komandanın azərbaycanlı hücumçusu Mahir Emrelinin yaxın gələcəyindən danışıb.

Sportal.az xəbər verir ki, “Jutarnji list”ə açıqlama verən Zaqreb klubunun çalışdırıcısı millimizin üzvü barədə bunları deyib:

"Bildiyim qədər Emreliyə təklif var. Düşünürəm ki, o, həmin təkliflə razılaşmaq istəyir. Haliloviçin isə müqaviləsi başa çatır, idman direktoru onunla danışacaq. Moharrami isə reabilitasiya mərhələsindədir. Bütün həmin oyunçular bu çempionatda “Dinamo”ya çox şey verdilər. Hər biri bizim üçün vacib oyunçudur".

Qeyd edək ki, 26 yaşlı futbolçu 2022-ci il fevralın 2-də “Dinamo”ya keçib və 2026-cı il iyunun 30-na qədər bu kluba məxsusdur.

Xəbər xətti