U-19 Milli Komandaların Təlim-Məşq Mərkəzində “Neftçi-2” ilə qarşılaşıb.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, görüş 1:1 hesabı ilə yekunlaşıb. Millinin heyətində qolu 45+1-ci dəqiqədə Niyazi Osmanov vurub.
Qeyd edək ki, millimiz iyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək.
Komanda iyunun 4-də, Bakı vaxtı ilə saat 20:30-da Qazaxıstanın U-19, iyunun 7-də, saat 18:00-da Türkiyənin U-20, ayın 10-da, saat 20:30-da isə Moldovanın U-19 kollektivi ilə üz-üzə gələcək.
saytlarin hazirlanmasi