Türkiyə mətbuatı "Qarabağ"ın legioneri barədə: "Andrade "Fənərbaxça"da İrfanı əvəzləyə bilər"

14:17 - 30 May 2024

Türkiyə mətbuatı "Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andradenin "Fənərbaxça"ya keçmək ehtimalı haqda yazıb.

Sportal.az "Fənərbaxça"nın prezidenti Ali Koç başa çatan mövsümdə cinahlarda problem yaşadıqlarını və ora yeni transferlər edəcəklərini söyləyib.

Türkiyəli həmkarlarımız Leandronun transferinin reala yaxın olmasını qeyd edib:

"Son zamanlar mətbuatda İrfan Can və Tadiç cütünü əvəz etməli və ya tamamlamalı olacaq Leandro Andrade ilə Allan Sen-Maksimen adları hallanır. “Qarabağ”da hücumun cinahında çıxış edən Leandro Andrade bu mövsüm 36 matçda 11 qol vurub, 14 məhsuldar ötürmə edib. 2022-ci ildə Bolqarıstanın "Çerno More" klubundan Azərbaycan klubuna keçən Andrade bu il klubla müqaviləsini artırıb. Leandro Portuqaliyada heç vaxt yüksək liqalarda oynamayıb. Bununla belə, Andrade və Sen-Maksimen "Fənərbaxça"da yeni mövsüm üçün İrfan Can və Tadiçi əvəzləyə bilər. Ali Koçun transferinin nə dərəcədə uğurlu olacağı ilə bağlı ciddi suallar var".

2022-ci ildə "Çerno More"dən "Qarabağ"a keçən Andradenin müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. "Sportinq"(Lissabon) klubunun yetirməsi olan futbolçu "Olhanense" və "Fatima"da çıxış edib. Sen-Maksimen isə hazırda Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunda oynayır.

Xəbər xətti