"Turan Tovuz"dan "Araz-Naxçıvan"a

14:34 - 30 May 2024

"Araz-Naxçıvan" daha bir transferi reallaşdırıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, söhbət Tərlan Əhmədlidən gedir.

Naxçıvan təmsilçisi qolkiperlə 1 illik müqaviləyə qol çəkib.

29 yaşlı qapıçı yeni mövsümün sonuna qədər Premyer Liqa klubunda çıxış edəcək.

Son iki mövsümü “Turan Tovuz”da keçirən qolkiper karyerası ərzində “Sumqayıt” və “Qəbələ”nin də formasını geyinib.

Qeyd edək ki, “Araz-Naxçıvan” dünən Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla müqavilə imzalayıb.

Xəbər xətti