"Sabah"ın icarədə olan futbolçusu İldar Alekperovu geri qayıdıb.
Məsələ burasındadır ki, Masazır təmsilçisi yayda yarımmüdafiəçisini mövsümün sonuna qədər "Araz-Naxçıvan"a icarəyə vermişdi.
Sportal.az saytına verilən məlumata görə, hələ ki, 23 yaşlı futbolçunun xidmətində Premyer Liqamızda bir çox klublar maraqlıdır. Onu bir illik icarəyə götürmək istəyən komandaların sayı az deyil.
Amma hələ ki, Alekperov qəti qərarını verməyib. Çünki "Sabah" da onu yeni sezon üçün toplanışa aparacaq və orada Krunoslav Renduliçin etimadını qazanarsa, komandada qalmaq ehtimalı da gündəmə gələ bilər.
"Pskov" klubunun yetirməsi olan İldar "Stroqino", "Nefteximik"də oynadıqdan sonra 2021-ci ildə "Sabah"a keçmişdi. Onun bu klubla daha iki illik müqaviləsi qüvvədədir.
saytlarin hazirlanmasi