Şimali İrlandiyalı məşqçi Kiran Makkenna “Mançester Yunayted” və “Çelsi”nin marağına baxmayaraq, “İpsviç”də qalmaqda və yeni uzunmüddətli müqavilə imzalamaqda qərarlıdır.
Sportal.az “Sky Sports”a istinadən xəbər verir ki, “İpsviç Taun”un əksər səhmdarı “Ed Şvartz” klubun baş icraçı direktoru Mark Eşton və Makkenna ilə danışıqlar aparmaq üçün keçən həftənin sonunda ABŞ-dan Böyük Britaniyaya uçub.
Makkenna 2021-ci ilin dekabrında “İpsviç”in baş məşqçisi vəzifəsinə keçib.
Cari mövsümün sonunda onun komandası Çempionşipdə ikinci yeri tutaraq İngiltərə Premyer Liqasına yüksəlib. Mütəxəssis əvvəllər “Mançester Yunayted”in məşqçilər korpusunda çalışıb və gənclər komandasına rəhbərlik edib.
saytlarin hazirlanmasi