Türkiyə milli komandasınnı heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "ay-ulduzlular"ın müdafiəçisi Çağlar Söyüncü sıradan çıxıb. İcarə əsasında "Fənərbaxça"da çıxış edən 28 yaşlı futbolçu Super Liqanın 38-ci turunun "İstanbulspor"la matçında (6:0) ayaq əzələsindən zədə alıb.
Müqavilə ilə "Atletiko"ya məxsus olan təcrübəli mərkəz müdafiəçisi Avropa çempionatında komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Türkiyə yığması Avro-2024-də Portuqaliya, Çexiya və Gürcüstanla eyni qrupda mübarizə aparacaq.
saytlarin hazirlanmasi