Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor"da iki ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, Yusuf Erdoğan və Dorukhan Toköz Super Liqa təmsilçisindən ayrılıb. Hər iki futbolçu müqaviləsini birtərəfli qaydada ləğv edib.
Onlar maaşlarını ala bilmədiyi üçün klubdan ayrılıb.
Qeyd edək ki, Dorukhan Toköz başa çatan mövsümdə "Adana Demirspor"un heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Yusuf Erdoğan isə 40 oyunda 7 qol vurub, 4 assist edib.
saytlarin hazirlanmasi