"Fənərbaxça"nın əfsanəvi futbolçusu Aleks De Souza Türkiyəyə qayıdıb.
Sportal.az xəbər verir ki, braziliyalı bu dəfə Super Liqada məşqçi kimi çalışacaq.
46 yaşlı mütəxəssis "Antalyaspor"un baş məşqçisi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Aleks De Souza son olaraq ölkəsində "Avai" klubunu çalışdırıb.
saytlarin hazirlanmasi