Türkiyə millisinin baş məşqçisi: "Azərbaycanla oyunda bizi tək qoymasınlar"

09:34 - 31 May 2024

Türkiyənin qadın futbol yığmasının baş məşqçisi Necla Güngör Millətlər Liqasının B1 qrupunda Ərzincanda Azərbaycan millisinə qarşı bu gün keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

Sportal.az TFF-yə danışan türkiyəlilərin çalışdırıcısı Azərbaycanla görüşdə qələbəyə inandıqlarını dilə gətirib:

"Son məşqimizi keçirmişik. Püşkatma mərasimi olanda özümüz üçün tədbirlər planı tərtib etdik və Azərbaycanla qarşıdakı iki oyun hədəflərimiz baxımından çox önəmlidir. Ərzincanlıların mütləq bu gözəl stadionu ziyarət edəcəyini gözləyirik, şəhər tarixində millinin ilk oyununda bizi tək qoymasınlar. Gəlsinlər, qələbəni birlikdə qeyd edək. Bakıya yaxşı qələbə əhval-ruhiyyəsi ilə getmək istəyirik ki, oradan üç xalla qayıda bilək".

Türkiyə - Azərbaycan matçı bu gün “Ərzincan 13 Şubat” stadionunda keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Komandalar arasında ikinci görüş isə iyunun 4-də “Liv Bona Dea Arena” stadionunda baş tutacaq və saat 19:00-da başlayacaq.

Xəbər xətti