Edinson Kavani Uruqvay millisindəki karyerasını başa vurduğunu açıqlayıb.
Sportal.az xəbər verir ki, bu barədə futbolçu özü sosial şəbəkə hesabında məlumat verib. O, instaqram səhifəsində bunları yazıb:
"Artıq milli komandada oynamayacam. Bu gün sözüm azdır, amma hisslərim dərindir. Uzun illər bu yolun bir parçası olan hər bir insana təşəkkür edirəm. Bu köynəyi geyindiyim və nəyi təmsil etdiyim üçün şanslıyam. Mən dünyada ən çox öz ölkəmi sevirəm".
Hazırda “Boka Xuniors”da çıxış edən 37 yaşlı forvard millinin heyətində 136 oyun keçirib və 58 qola imza atıb.
saytlarin hazirlanmasi