"Sevilya" iranlı forvardın keçidini həll etdi

18:34 - 31 May 2024

İran millisinin və “Bayer”in hücumçusu Sərdar Azmun İspaniyaya yollanmağa hazırlaşır.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, iranlı hücumçu “Sevilya” ilə danışıq aparır. 

Başa çatan mövsümü icarə əsasında “Roma”da keçirmiş Sərdar yeni sezona Əndəlusiya klubunda başlamaq istəyir.

Onun Almaniya klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-da başa çatacaq. "Sevilya"nın "Bayer"i və Azmunu keçidə razı saldığı bildirilir.

29 yaşlı hücumçu “Rubin”, “Rostov”, “Zenit” klublarında oynadıqdan sonra 2022-ci ildə “Bayer”ə keçib.

Xəbər xətti