"Sumqayıt" legioneri yollarını ayırdı

17:17 - 31 May 2024

Erik Sorqa ilə "Sumqayıt" arasında imzalanmış müqavilənin müddəti başa çatıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, estoniyalı hücumçu ilə yollar ayrılıb.

"Kimyaçılar" ona göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Erik Sorqa ötən mövsümün əvvəlindən "Sumqayıt"ın uğurları üçün çalışırdı. Bu müddət ərzində 27-si Premyer Liqa və 3 kubok matçında meydanda olub. 24 yaşlı hücumçu bu qarşılaşmalarda 7 qol (5 Premyer Liqa; 2 kubok) və 3 məhsuldar ötürmə (2 Premyer Liqa; 1 kubok) ilə yadda qalıb.

Xəbər xətti