Almaniya millisinin sabiq üzvü Jerom Boatenq özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, 35 yaşlı müdafiəçi Avstriyanın LASK klubu ilə anlaşıb.

Bu barədə klubun rəsmi saytıı xəbər yayıb.

Boatenqlə 2 illik müqavilə imzalanıb.

Son dəfə "Salernitana"da oynamış Jerom "Herta”, “Hamburq”, “Mançester Siti”, “Bavariya” və “Lion" klublarının formalarını geyinib.