"Borussiya" Çempionlar Liqasının final matçında "Real"la üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, Dortmund təmsilçisinin baş məşqçisi Edin terziç matçdan öncə açıqlama verib. Almaniyalı mütəxəssis "Real"ın favorit olduğunu bildirib:
"Yüksək səviyyədə mübarizə aparmağa hazırıq. Bəlkə də "Real"a qarşı 10 dəfə oynasaq, çətin olar. Amma bu, finaldır. Ona görə də hər şey mümkündür. Özümüzü bu matça hazırlamaq üçün mövsüm ərzində 60 oyun keçirmişik. "Real"ın favorit olduğu aşkardır, amma vecimizə də deyil. "Aletiko" və PSJ ilə matçlarda da favorit deyildik. Bura "Real"ın növbəti kuboku qaldırmasını izləmək üçün gəlməmişik".
Qeyd edək ki, "Borussiya" - "Real" qarşılaşması bu gün Bakı vaxtilə saat 23:00-da Londondakı "Uembli" stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi