"Qalatasaray" klubla müqaviləsi başa çatan Dris Mertenslə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi belçikalı hücumçunu daha bir mövsüm komandada saxlayacaq. Bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.
37 yaşlı forvardla 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. Yaxın günlərdə bununla bağlı rəsmi açıqlama ediləcək.
Qeyd edək ki, Dris Mertens 2024-cü ilin yayından "Qalatasaray"da çıxış edir. Ulduz futbolçu başa çatan mövsümdə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 51 rəsmi matçda 12 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi