"Fənərbaxça" rəhbərliyi klubdakı gələcəyi bəlli olmayan Mişi Batşuayi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, belçikalı hücumçu İstanbul təmsilçisində qalacaq. Bu barədə "Haber Global" televiziyası məlumat yayıb.
Türkiyə klubu 30 yaşlı forvardla müqavilədə yer alan 1 illik uzatmaq bəndini işə salıb. Təcrübəli futbolçunun sözləşməsinin müddəti 2024/2025 mövsümünün sonuna kimi artırılıb.
Qeyd edək ki, "Fənərbaxça" Mişi Batşuayini 2022-ci ilin sentyabr ayında "Çelsi"dən transfer edib. Belçika millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 24 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi