Rumıniya klubunun rəsmisi: "PAOK-dan qorxduğum qədər Qarabağ"dan qorxmuram"

14:18 - 2 İyun 2024

Rumıniya FCSB-nin İdarə Heyətinin sədri Mihai Stoyka Çempionlar Liqasının təsnifat mərhələsində potensial rəqiblər barədə fikirlərini bildirərkən, "Qarabağ" haqda da danışıb.

Sportal.az xəbər verir ki, “Orangesport”a danışan Buxarest klubunun rəsmisi Azərbaycan çempionunun özləri üçün qorxulu olmadığını deyib: 

"İlk növbədə, ikinci təsnifat mərhələyə keçmək istəyərdik. Potensial rəqiblər arasında PAOK və "Midtyullann" "əjdaha" kimi görünür. "Qarabağ" isə belə deyil. "Qarabağ" Yunanıstan və Danimarka klubları səviyyəsində deyil. Düzdür, çox yaxşı komandadır. Demək olar ki, bu mövsüm "Bayer"i Avropa Liqasından kənarlaşdırmağa çox yaxın idilər. Amma düzünü deyim, PAOK-dan qorxduğum qədər "Qarabağ"dan qorxmuram".

Xatırladaq ki, FCSB başa çatan mövsümdə 64 xalla Rumıniya çempionluğunu qeyd edib.

Mirbağırağa

Xəbər xətti