Yunanıstanın "Panatinaikos" klubu Fatih Terimin gedişindən sonra baş məşqçi postuna Mauritsio Sarrini dəvət edib.
Sportal.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Afina təmsilçisi italiyalı mütəxəssisə təklif irəli sürüb.
Yunanlar 65 yaşlı məşqçiyə illik 4,5 milyon avro maaş ödəməyə hazırdır.
Artıq tərəflər arasında ilkin görüş olub və yaxın günlərdə Sarri qəti qərarını verəcək.
Sarri son olaraq 2024-cü ilin martında "Latsio"dan ayrılmışdı.
saytlarin hazirlanmasi