"Qalatasaray" Vilfred Zaha ilə yollarını ayırmağa hazırdır.
Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, Türkiyə klubu ona görə transfer qiyməti əldə etmək istəyir.
"Cim-bom" 31 yaşlı forvarda görə 10 milyon avro tələb edir.
"Vest Hem" Zaha üçün "Qalatasaray"la danışıqlara başlayıb və yayda transferin baş tutacağı gözlənilir.
Təcrübəli futbolçu bu mövsüm 42 oyunda 10 qol vurub, 5 məhsuldar asist edib.
saytlarin hazirlanmasi