"Mançester Yunayted" braziliyalı üçün hərəkətə keçdi

11:24 - 2 İyun 2024

"Mançester Yunayted" "Vulverhempton"dan futbolçu transfer etmək istəyir.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Mateus Kunyanı heyətinə qatmağı planlaşdırır. 

Mançester təmsilçisi braziliyalı futbolçuya daha yaxşı şərtlərlə müqavilə təklif edib. 

Kunya 2023-cü ilin yanvarından bəri "Vulverhempton"da çıxış edir. O, başa çatan mövsümdə Premyer Liqada 32 oyuna çıxıb, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.

25 yaşlı futbolçu 2027-ci il iyunun 30-na qədər "Vulverhempton"a məxsusdur. O, "Sion", "Leyptsiq", "Herta", "Atletiko"(Madrid) klublarında çıxış edib.

Xəbər xətti