"Hər məşqçinin öz oyun üslubu, fəlsəfəsi, tələbləri var. İşlədiyimiz dövrdə "Qəbələ"də bunu tətbiq etdik. Əlbəttə, "Araz-Naxçıvan"da da dəyişikliklər edəcəyik. Söhbət oyun planında gedir. Transferlərimizi də buna uyğun həyata keçiririk".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev deyib. O, Naxçıvan klubunun onunla müqavilə müddətinin artırılmasına münasibət bildirib. Bununla yanaşı, heyətlə bağlı fikirlərini söyləyib:
"Komandaya martda dəvət olunmuşdum və son 7 oyunda “Araz-Naxçıvan”a rəhbərlik etdim. Mövsüm başa çatdıqdan sonra klub rəhbərliyi ilə görüşdük. İşimi davam etdirmək təklif olundu. Şərtlər qane etdiyinə görə yeni müqavilə imzaladıq. Komandadakı oyunçulara bələd olduğuma görə, kimlərin qalmasının vacib, eləcə də gücləndirilməli mövqelərimizi olduğunu bildirdim. Buna uyğun da işlərə başladıq.
Ötənilki heyətimizdən komandada qalanlar olacaq. Artıq Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriqes, İqor Ribeyro, Vanderson və Elçin Mustafayevlə ortaq məxrəcə gəlmişik. Bir neçə futbolçu ilə danışıqlar davam etdirilir. Yollarımızı ayrıdığımız oyunçular da az deyil. Kimlərlə anlaşırıqsa, rəsmi müqavilə imzalandıqdan sonra açıqlanır. Əlbəttə, hər bir klub rəhbərliyi, eləcə də məşqçilər korpusu üst sıralarda yer almaq üçün mübarizə aparmaq istəyir. Bizim də məqsədimiz var. Bu da, intizamlı komanda formalaşdırmaq və mümkün qədər üst sıralarda yer almaqdır".
Mirbağırağa
saytlarin hazirlanmasi