Yığma komandamızın üzvü Premyer Liqa klubunda qaldı

10:32 - 3 İyun 2024

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə yeni müqavilə imzalayıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, cari ilin qışında Naxçıvan klubuna keçən Ramin Nəsirli yeni mövsümdə də “qırmızı-ağlar”ın heyətində yer alacaq.

U-21 millimizin də heyətinə cəlb olunan yarımmüdafiəçi ilə anlaşmanın müddəti 1 ildir.

Qeyd edək ki, buna qədər Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Tərlan Əhmədli, Urfan Abbasov, Ömər Buludov və Ülvi İsgəndərovla da müqavilə bağlanıb.

Xəbər xətti