Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun yeni mövsümə harada başlayacağı hələ ki, dəqiq deyil.
Sportal.az saytına verilən məlumata görə, millimizin üzvü "LKS Lodz"dan ayrılacağı dəqiqdir.
O, aşağı liqada oynamaq istəmir. Məmmədova Azərbaycan klublarından da təklif gəlib.
Onun "Zirə"yə qayıdışı mümkündür. Qəsəbə təmsilçisi Rahili geri qaytarmaq istəyir. “Neftçi”nin də transfer siyahısında yer alan millinin üzvünün gələcək karyerası ilə bağlı hansı qərarı verəcəyi dəqiq deyil.
28 yaşlı futbolçu 2024-cü il yanvarın 20-də "LKS Lodz"a keçib və onun müqavilə müddəti 2025-ci il iyunun 30-da başa çatacaq. Lakin müqavilədəki bəndə əsasən, komandası aşağı liqaya düşərsə, azad agent statusuna yiyələnəcək. O, 2022-ci il fevralın 9-da "Zirə"yə altı aylıq icarəyə verilmişdi.
saytlarin hazirlanmasi