Çempionlar Liqasında mövsümün ən yaxşısı açıqlandı

16:14 - 3 İyun 2024

UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Real"ın hücumçusu Vinisius Junior başa çatan mövsümdə turnirin ən yaxşısı seçilib. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Real" Çempionlar Liqasının qalibi olub. Vinisius turnirdə meydana çıxdığı 10 matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti