AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Aşağı yaş qrupu üzrə Azərbaycan milli komandalarının baş məşqçiləri ilə müqavilələrin sentyabr ayına kimi uzadılması barədə qərar verilib.
Müvafiq yaş qrupları üzrə milli komandaların baş məşqçiləri həmin vaxt Avropa çempionatının seçmə mərhələsinə hazırlıq və hədəflər barədə hesabat təqdim edəcəklər.
Elxan Abdullayev - U-19
Füzuli Məmmədov - U-18
İlham Yadullayev - U-17
Aqil Nəbiyev - U-16