"Qarabağ" Almeyda ilə bağlı qərar qəbul etdi

19:07 - 3 İyun 2024

"Qarabağ" Riçard Almeyda ilə müqaviləni yeniləyib.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ağdam klubu ilə 35 yaşlı yarımmüdafiəçi arasında anlaşma bir il müddətinə uzadılıb.

Riçardın yeni müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. O, "Qarabağ"da 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Riçard bu müddətdə Premyer Liqada 238 oyunda 46 qol vurub.

Xəbər xətti