"Çelsi"nin yeni baş məşqçisinin adı bəlli oldu

21:48 - 3 İyun 2024

"Çelsi"nin yeni baş məşqçisinin adı bəlli olub.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "zadəganlar"ın yeni çalışdırıcısı Enzo Mareskadır.

"Lester"i Premyer Liqaya çıxaran italiyalı mütəxəssis iyulun 1-də işinə başlayacaq.

London klubu onunla 5 illik müqavilə imzalayıb.

"Çelsi" rəhbərliyi Mareska üçün "Lester"ə 11,7 milyon avro təzminat ödəyib.

Xəbər xətti