İspaniya klubu "Qalatasaray"ın legionerini transfer etmək istəyir

09:49 - 4 İyun 2024

"Qalatasaray"ın yarımmüdafiəçisi Nikolo Zaniolo İspaniyaya yollana bilər.

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, "Vilyarreal" 24 yaşlı futbolçu ilə müqavilə imzalamaq haqda düşünür.

İtaliyalı 2023/2024 mövsümünü icarə əsasında "Aston Villa"da keçirib.

2023-cü il fevralın 8-də "Qalatasaray"a keçən Nikolo 2027-ci il iyunun 30-na qədər Türkiyə nəhənginə məxsusdur. 

 

Xəbər xətti