Avropa çempionatı öncəsi Türkiyə milli komandasının heyətində növbəti ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, müdafiəçi Ozan Kabak sıradan çıxıb. Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
"Hoffenhaym"ın futbolçusu dünən İtaliya yığması ilə keçirilən yoldaşlıq oyununda (0:0) zədələnib. Sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanan 24 yaşlı mərkəz müdafiəçisi Avro-2024-də iştirak etməyəcək.
Türkiyə millisinin digər müdafiəçisi Çağlar Söyüncü və hücumçu Enes Ünal da zədə səbəbindən heyətdən kənarlaşdırılıb.
Qeyd edək ki, Türkiyə millisi Avro-2024-ün F qrupunda Portuqaliya, Gürcüstan və Çexiya ilə mübarizə aparacaq.
saytlarin hazirlanmasi