"Fənərbaxça" Mourinyonun maaşını açıqladı

15:53 - 5 İyun 2024

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun illik qazancı məlum olub.

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis İstanbul təmsilçisində ilinə 10,5 milyon avro maaş alacaq. Bu barədə klub ictimaiyyətə məlumat verib.

Qeyd edək ki, Joze Mourinyo "Fənərbaxça" ilə 2 illik müqavilə imzalayıb. Onun Türkiyədə ümumi qazancı 21 milyon avro təşkil edəcək.

Xəbər xətti