Türkiyə milli komandasının sabiq üzvü Mehmet Topal məşqçiliyə başlayıb.
Sportal.az xəbər verir ki, məşqçilik kurslarını uğurla tamamlayan 38 yaşlı mütəxəssis Rumıniyada çalışacaq. Bu barədə Türliyə mətbuatı məlumat yayıb.
Gənc məşqçi "Petrolul"la anlaşıb. Tərəflər arasında 2 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Petrolul" Rumıniya çempionatında başa çatan mövsümü 35 xalla turnir cədvəlinin 10-cu pilləsində başa vurub.
saytlarin hazirlanmasi