"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı

21:06 - 5 İyun 2024

Türkiyənin "Beşiktaş" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisini Covani  van Bronxorst çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Niderlandlı mütəxəssislə 2+1 illik anlaşma əldə edilib. Yaxın günlərdə imza mərasimi təşkil ediləcək.

Qeyd edək ki, Covani  van Bronxorst son olaraq Şotlandiyanın "Reyncers" klubuna rəhbərlik edib. 49 yaşlı məşqçi 2022-ci ilin noyabr ayından işsiz idi.

Xəbər xətti