"Qalatasaray"ın baş məşqçi postunda dəyişiklik olmayacaq.
Sportal.az xəbər verir ki, İstanbul klubu Okan Burukla yeni müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə çempionu Buruka iki illik müqavilə təklif edib və tərəflər arasında razılıq əldə olunub.
50 yaşlı mütəxəssis 2022-ci il iyun ayından "Qalatasaray"a rəhbərlik edirdi. Onun müqavilə müddəti bu ayın sonunda başa çatırdı.
saytlarin hazirlanmasi