"Fənərbaxça"nın baş məşqçisi postundan ayrılan ismail Kartal Səudiyyə Ərəbistanında çalışa bilər.
Sportal.az xəbər verir ki, türk mütəxəssis "Əl-Taavun"u çalışdırmağa yaxındır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Tərəflər arasında 1 illik müqavilə ilə bağlı razılıq əldə edildiyi bildirilir.
"Əl-Taavun" başa çatan mövsümdə Səudiyyə Ərəbistanı liqasını 59 xalla turnir cədvəlinin 4-cü pilləsində başa vurub.
Qeyd edək ki, ismail kartal 2023/2024 mövsümündə "Fənərbaxça"ya rəhbərlik edib. İstanbul təmsilçlisi mövsümü lider "Qalatasaray"dan 3 xal geri qalaraq 99 xalla 2-ci pillədə başa vurub.
saytlarin hazirlanmasi