Rumıniyanın "Dinamo"(Buxarest) klubunun baş məşqçisi Jelko Kopiç millimizin üzvü Mahir Emrelini komandasında görmək istəyir.
Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis ötən mövsüm turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan paytaxt klubunu qəbul edib və komandanı Liqa 1-də saxlaya bilib.
Bundan sonra isə Buxarest klubunun rəhbərliyi məşqçiyə yeni mövsüm üçün istədiyi transferləri həyata keçirməyə imkan yaradıb.
Kopiç isə ilk növbədə komandanın hücum xəttini gücləndirmək niyyətindədir. Buna görə də, rəhbərlikdən "Dinamo"nun(Zaqreb) forvardının transfer edilməsini istəyib.
Xatırladaq ki, Emreli “Dinamo”ya keçərkən komandanı Kopiç çalışdırırdı.
Qeyd edək ki, "Dinamo"(Buxarest) 18 qat Rumıniya çempionudur.
saytlarin hazirlanmasi