"Qalatasaray" rəhbərliyi klubla müqaviləsi başa çatan Okan Burukla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 50 yaşlı mütəxəssislə yola davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bu gün təcrübəli məşqçi üçün imza mərasimi təşkil olub. Türk mütəxəssislə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. Onun maaşı ilk il üçün 110 milyon TL, növbəti mövsüm üçün isə 140 milyon TL olacaq.
Qeyd edək ki, Okan Buruk 2022-ci ilin yayından "Qalatasaray"ı çalışdırır. "Sarı-qırmızılar" son iki ildə Türkiyə çempionu olub.
saytlarin hazirlanmasi