Türkiyə millisinin sabiq çalışdırıcısı Birinci Liqaya yeni yüksələn "Amedspor"a baş məşqçi təyin olunub.
Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, təcrübəli məşqçi artıq razılıq əldə edilib.
Yanal son dəfə "Alanyaspor"u çalışdırıb.
Xatırladaq ki, "Amedspor" başa çatan mövsümdə öz qrupunda çempion olaraq I Liqaya yüksəlib.
62 yaşlı məşqçi "Denizlispor", "Ankaragücü", "Manisaspor", "Trabzonspor", "Fənərbaxça", "Antalyaspor" klubları ilə yanaşı Türkiyə millisini də çalışdırıb.
saytlarin hazirlanmasi