Türkiyənin "Qaziantep" klubu baş məşqçi Selçuk İnanla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi 39 yaşlı mütəxəssislə yola davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gənc məşqçinin müqaviləsinin müddəti 2024/2025 mövsümünün sonuna kimi uzadılıb.
Qeyd edək ki, Selçuk İnan bu ilin mart ayında "Qaziantep"in baş məşqçisi təyin olunub.
saytlarin hazirlanmasi