Avro-2024 öncəsi Polşa milli komandasının heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, yığmanın hücumçusu Robert Levandovski sıradan çıxıb. "Barselona"nın forvardı dünən Türkiyə seçməsi ilə keçirilən yoxlama matçında (2:1) bud əzələsindən zədə alıb.
35 yaşlı futbolçu Avropa çempionatı qrup mərhələsinin ilk turunun Niderlandla matçında komandaya kömək edə bilməyəcək. Millinin tibbi personalı təcrübəli oyunçunun ikinci oyuna hazır olması üçün səy göstərir.
Qeyd edək ki, Polşa - Niderland qarşılaşması 16 iyun tarixində Bakı vaxtilə saat 17:00-da baş tutacaq. Polşalıarın qrupda digər rəqibləri fransa və Avstriyadır.
saytlarin hazirlanmasi