Portuqaliya mətbuatı Fernando Santuşun Azərbaycan milli komandasının yeni baş məşqçisi təyin olunmasından yazıb.
Sportal.az xəbər verir ki, “Observador” portalı təcrübəli məşqçinin ölkəmizdə futbolun inkişafına cavabdeh olacağını qeyd edib:
"Polşa millisində və Türkiyənin “Beşiktaş” klubundakı uğursuz təcrübədən sonra Fernando Santuş milli komandaya başçılıq edəcək. O, paralel olaraq, Azərbaycanda futbolun inkişafının məsuliyyətini daşıyacaq. Qətərdə keçirilən dünya çempionatından sonra Portuqaliya millisindən ayrılandan bəri şans Santuşun tərəfində olmayıb. Polşa millisindəki cəhd uğurlu alınmadı və orada iş gözləniləndən xeyli erkən başa çatdı. Bundan sonra Türkiyə futbolunda debüt edən təcrübəli mütəxəssis “Beşiktaş”da cəmi bir neçə ay qaldı. Amma bütün bunlar 69 yaşlı portuqaliyalı çalışdırıcının avtoritetini itirməsi demək deyil. İndi onun üçüncü cəhdi və yeni layihəsi var ki, bu da artıq rəsmən təsdiqlənib: məşqçi genişləndirilmiş funksiyalarla Azərbaycan millisinə rəhbərlik edəcək.
2020-ci ildə Avropa çempionatının oyunlarına ev sahibliyi etmiş ölkənin əsas milli komandasının rəhbərliyi ilə paralel olaraq Santuş Azərbaycanda futbolun inkişafı layihəsinin hazırlanmasına cavabdeh olacaq".
saytlarin hazirlanmasi