"Trabzonspor" sabiq futbolçusunu geri qaytarır.
Sportal.az xəbər verir ki, Qaradəniz təmsilçisi Antoni Nvakaemeni transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı forvardla bir illik müqavilə imzalanıb.
Nvakaemenin son olaraq "Əl-Feyha" klubunda oynamışdı.
Nigeriyalı hücumçu 2018-2022-ci illərdə "Trabzonspor"un formasını geyinmişdi. Afrikalı 145 matçda 47 qol vurub, 40 məhsuldar ötürmə etmişdi.
saytlarin hazirlanmasi