Bu klubdan imtina etdi, "Neftçi"də qalmağa üstünlük verdi

19:24 - 15 İyun 2024

"Neftçi"nin müdafiəçisi Yuri Matias Rumıniya klubuna keçmək istəməyib.

Sportal.az saytına verilən məlumata görə, braziliyalının xidmətində “Şepsi” klubu maraqlı idi. Bu klubun baş məşqçisi Bernd Stork Matiası sərəncamında görmək istəyirdi. Lakin Matias bu klubun təklifindən imtina edib.

Qeyd edək ki, 29 yaşlı müdafiəçini sabiq komandası “ÇFR Kluj” da transfer etmək istəyir.

"Neftçi"yə başa çatan mövsümün əvvəlində keçmiş Matias 2025-ci il iyunun 30-na qədər Bakı klubuna məxsusdur.
 

Xəbər xətti