Türkiyə millisi bu gün AVRO-2024-də ilk matçına çıxır

10:17 - 18 İyun 2024

Almaniyada təşkil edilən AVRO-2024-də qrup mərhələsinin ilk turuna bu gün yekun vurulacaq.

Sportal.az xəbər verir ki, bu gün iki matç baş tutacaq.

Azərbaycanli futbolsevərləri daha yaxından maraqlandıran Türkiyə millisi bu gün turnirdə ilk görüşünə çıxacaq.

"Ay-ulduzlular"ın ilk rəqibi qonşu Gürcüstan millisidir.

Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. 

Xəbər xətti