Rusiya klubu "Turan-Tovuz"un yeni çalışdırıcısı ilə vidalaşdı

13:44 - 23 İyun 2024

Rusiyanın "Dinamo" (Mahaçqala) klubunun baş direktoru Şamil Qazizov komandanın keçmiş baş məşqçisi, tezliklə “Turan-Tovuz”a rəhbərlik edəcək Kurban Berdıyevlə vidalaşıb. 

Sportal.az xəbər verir ki, “Sport Ekspress”ə danışan klub rəhbəri bunları deyib:

"Berdiyevin bizimlə iş prosesi başa çatdı. O, işini Azərbaycanda davam etdirəcək. Bizimlə yaxşı-yaxşı sağollaşdı və mükafatlandırma mərasimində respublikamızın rəhbəri tərəfindən “Dağıstan Respublikasının əməkdar məşqçisi” mükafatını aldı. Berdiyevlə ayrılmırıq, daim əlaqədəyik. İrəliləməyə davam edirik. Bizimlə böyük təcrübəsi ilə bölüşdüyü üçün Kurban Bekieviçə təşəkkür edirəm".

 

Xəbər xətti