Arxada qalan mövsümün gedişində Tovuza səfər edən "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç tənqidi fikirlər bildirmişdi. Əcnəbi mütəxəssis Xorvatiyada yüksək liqa oyunlarının süni meydançalarda keçirilməyinə qadağanın olduğunu demişdi və Tovuz stadionu ilə bağlı ölçü götürülməsinin vacibliyini vurğulamışdı.
Lakin belə görünür ki, Renduliçin giley-güzarı AFFA rəhbərliyinin vecinə deyil. Tovuz klubunun rəhbəri Ehtiram Quliyev xərclərin 50 faizini qarşılamağa hazır olduğunu desə də, Rövşən Nəcəfin bu məsələdə bölgə təmsilçisinə dəstək olmaq fikri yoxdur.
Əslində, Tovuz stadionundakı süni meydança tək yerli komandaya yox, həm də oraya səfər edən digər klublara da ciddi problemlər yaradır. Belə meydançalar zədə mənbəyidir. Lakin bilinən odur ki, AFFA prezidentinin başı başqa işlərə qarışıb. Onun üçün prioritet olan futbolumuzun problemləri yox, özünə yaxın kadrları AFFA-da yerbəyer etməkdir...
Həmid