İspaniya millisinin və "Atletiko"nun forvardı Alvaro Morata Türkiyəyə yollana bilər.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, 31 yaşlı futbolçuya "Fənərbaxça"dan təklif gəlib.
İstanbul klubunun yeni baş məşqçisi Joze Mourinyo ispan hücumçunu sərəncamında görmək istəyib.
"Fənərbaxça" rəhbərliyi Morata üçün qarşı tərəflə danışıqlara start verib. "Atletiko" Morata üçün 15 milyon avro təzminat tələb edir.
31 yaşlı futbolçu 2026-cı il iyunun 30-na qədər Madrid klubuna məxsusdur. İspaniya millisinin kapitanı "Real", "Yuventus", "Çelsi" komandalarında da oynayıb.
saytlarin hazirlanmasi