Türkiyənin "Beşiktaş" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Salih Uçanın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Salih Uçan 2021-ci ilin yayından "Beşiktaş"da çıxış edir. Təcrübəli oyunçu ötən mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 38 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi