Slovakiya millisinin müdafiəçisi Denis Vavro AVRO-2024-dəki etibarlı çıxışı ilə bir çox klubların əsas transfer hədəfinə çevrilib.
Sportal.az “Fanatik”ə istinadən xəbər verir ki, “Qalatasaray” “Kopenhagen”də legioner həyatı yaşayan futbolçunu heyətinə qatmağı planlaşdırır.
“Jilina”, “Latsio”, “Hueska” klublarında oynamış Vavro 2026-cı il iyunun 30-na qədər “Kopenhagen”ə məxsusdur. Türkiyə çempionu onu isə slovakiyalı üçün artıq hərəkətə keçib.
Onun karyerasını "Qalatasaray"da davam etdirib-etdirməyəcəyi AVRO-2024-dən sonra dəqiqləşəcək.
saytlarin hazirlanmasi