"Beşiktaş" yay "transfer pəncərəsi" zamanı heyətini rumıniyalı futbolçu ilə gücləndirə bilər.
Sportal.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, İstanbul klubunun istədiyi oyunçulardan biri Yanis Hacidr.
"Qara qartal" 25 yaşlı yarımmüdafiəçinin keçidini bu yay həll etmək niyyətindədir.
"Beşiktaş" Haci üçün onun məxsus olduğu "Reyncers"lə ilkin danışıqlara start verib. Rumıniya millisinin üzvü başa çatan mövsümü "Alaves"də keçirib. Amma o, 2026-cı il iyunun 30-na qədər Şotlandiya nəhənginə məxsusdur.
İstanbulda dünyaya göz açan Yanis "Haci akademiyası"nın yetirməsidir. O, "Qalatasaray" və Rumıniya millisinin əfsanəsi Georgi Hacinin oğludur. Yanis karyerası ərzində "Vitorul", "Fiorentina", "Genk" klublarında oynadıqdan sonra 2020-ci ildə "Reyncers"ə keçmişdi.
saytlarin hazirlanmasi